“Qarabağ”da futbolçu çatışmazlığı
28.01.2011 - 11:08
Ağdamın "Qarabağ" klubu Antalyada keçirilən qış təlim-məşq toplanışını tam heyətlə başa vura bilməyəcək. Apasport.az saytının məlumatına görə, , "Qarabağ"ın 9 futbolçusu milli komandaların heyətinə cəlb olunub. Qara Qarayev, Murat Səttarlı, Tural İsgəndərov və Osman Umarov U-21-in heyətində, Maksim Medvedev, Vüqar Nadirov, Samir Abasov, Rauf Əliyev və Elvin Məmmədov isə əsas milli komandanın Dubaydakı toplanışında iştirak edəcək. Heyətdə qalan digər futbolçuların tək məşqlə kifayətləniblər.
Qeyd edək ki, "Qarabağ" bazar günü daha bir yoxlama oyununda qüvvəsini sınayacaq. Ağdam klubunun bu dəfəki rəqibi Rumıniyanın "Qaz Metan" komandası olacaq.
Mənbə: pfl.az
Qeyd edək ki, "Qarabağ" bazar günü daha bir yoxlama oyununda qüvvəsini sınayacaq. Ağdam klubunun bu dəfəki rəqibi Rumıniyanın "Qaz Metan" komandası olacaq.
Mənbə: pfl.az
0
0