Norveç yığmasının futbolçusu azərbaycanlıların yanına gəlir - FOTO
28.01.2011 - 11:37
Norveç yığmasının futbolçusu azərbaycanlıların yanına gəlir - FOTO
Azərbaycan yığmasının futbolçusu Mahir Şükürov Norveç yığmasının oyunçusu Erik Xuseklepplə komanda yoldaşı ola bilər. Apasport.az saytının məlumatına görə, Şükürovun bir ildir oynadığı Rusiyanın “Anji” klubu Norveçin “Brann” klubunda çıxış edən 26 yaşlı bu futbolçunun xidmətində maraqlıdır. Erikin agenti Terye Liverod Norveç televiziyasına bununla bağlı açıqlama verib. “Anji” Xusekleppin transferini reallaşdırmağa hazırlaşır.

Qeyd edək ki, “Anji”də digər həmyerlilərimiz – baş məşqçi Hacı Hacıyevin köməkçisi olan Vaqif Sadıqovla komandanın rəisi, yığmamızın sabiq futbolçusu Emin Ağayevdir.