Emin Ağayevin “Anji” klubundakı vəzifəsi dəqiqləşdirildi
28.01.2011 - 13:02
Azərbaycan milli komandasının sabiq futbolçusu Emin Ağayevin Rusiyanın “Anji” klubunda vəzifəsi dəqiqləşdirilib. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Hacı Hacıyev futbolçu karyerasını yeni bitirən 38 yaşlı Ağayevin təyinatına münasibət bildirib.
Eminin “Anji”də komandanın rəisi olacağı deyilsə də, Hacıyev başqa postdan danışıb: “Bizim Ağayevlə ilkin danışığımız oldu. Klub seleksiya şöbəsini gücləndirməyi planlaşdırır. Bunun əməkdaşlarından biri Emin olacaq. O, Mahaçqalada uzun müddət oynayıb. Ağayevi Budun Budunovun tövsiyəsi ilə dəvət edirik”.
Qeyd edək ki, Emin hazırda “Anji”nin rəsmisi olan Budunla 90-cı illərdə “Anji”də birgə oynayıb və baş məşqçiləri elə Hacıyev olub.

0
0