“Xəzər Lənkəran” məğlubiyyətlə qayıdır – YENİLƏNİB
28.01.2011 - 21:42
“Xəzər Lənkəran” məğlubiyyətlə qayıdır – YENİLƏNİB
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” bu gün növbəti yoxlama oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, Mirça Rednikin yetirmələri bu dəfə də Ukrayna təmsilçisi ilə qarşılaşır. Lənkəranlıların bu ölkədən olan 4-cü rəqibi Odessanın “Çernomorets” klubudur.

Latviyanın “Ventpils” klubunun baş məşqçisi olduğu vaxt “Birlik kuboku”nda Azərbaycan çempionu ilə qarşılaşmış Roman Qriqorçukun çalışdırdığı Odessa təmsilçisi hazırda I dəstədə çıxış edir. 20 turdan sonra hesabında 38 xal olan “Çernomorets” 18 komanda arasında 4-cü pillədə qərarlaşıb və Premyer Liqaya qayıtmaq uğrunda mübarizə aparır.

Qeyd edək ki, “Xəzər Lənkəran” odessalılara qədər Antalyada 5 oyun keçirib: “Atırau” (Qazaxıstan) 1:2, “Kasımpaşa” (Türkiyə) 1:4, “Krivbass” (Ukrayna) 1:0 (yarımçıq qalıb), “Zarya” (Ukrayna) 1:3, “Metallurq” (Z, Ukrayna) 1:1.

“XƏZƏR LƏNKƏRAN” (AZƏRBAYCAN) – “ÇERNOMORETS” (UKRAYNA) - 2:3

"IC Santai" otelinin meydanı

Oyun baş tutmaya da bilər. Buna səbəb hazırda Bələkə güclü yağışın yağmasıdır.

Yağış komandaların “Gloria Serenity” otelinin meydanında oynamasına imkan verməyib. Belə ki, otelin idman qurğusuna cavabdeh şəxslər meydanın örtüyünün zəzər çəkə bilmə ehtimalını əsas gətirərək komandaları “Xəzər Lənkəran”la “Çernomorets”I meydana buraxmayıblar. Rəqiblər isə matçın Sidedə keçirmək qərarına gəlib oradakı meydanlara üz tutublar.

Lənkəran və Ukrayna təmsilçiləri nəhayət ki oynamağa meydan tapıblar. Rəqiblər Ağdamın "Qarabağ" klubunun məskunlaşdığı "IC Santai" otelinin meydanında qarşılaşacaqlar.

Artıq komandalar meydana çıxıblar. "Xəzər Lənkəran" matçı legionerlərdən ibarət "11-lik"lə başlayıb: Dalton, Prosineçki, Stanku, Skarlatake, Simao, Pits, Mureşan, Çiaço, Doman, Pitsurka, Parks.

9-cu dəqiqədə ukraynalılar hesabı açdı.

29-cu dəqiqədə Pitsin təxminən 30 metrdən vurduğu zərbə hesabda tarazlıq yaratdı - 1:1.

Ukraynalıların baxışda olan futbolçularından biri 2-ci topu "Xəzər Lənkəran"ın qapısından keçirdi.

Komandalar fasiləyə elə bu hesabla yollandılar.

İkinci yarıya bərabərlik qolu vurmaq əzmi ilə çıxan Mirça Rednikin yetirmələri tezliklə istəyinə çatdı. Matçın 57-ci dəqiqəsində Beçirinin hava ötürməsindən sonra baxışda olan Banqura baş zərbəsi ilə status-kvonu bərpa etdi - 2:2.

68-ci dəqiqədə ukraynalılar daha bir qol vurdular.