Rusiya Futbol İttifaqı azərbaycanlı oyunçu haqda qərar çıxardı
28.01.2011 - 13:52
Rusiya Futbol İttifaqı (RFİ) azərbaycanlı futbolçu Emin Mahmudovla bağlı qərar çıxarıb. Apasport.az saytının məlumatına görə, RFİ-nin Mübahisəli Məsələlər üzrə Palatası “Saturn”un peşəkar klub statusunu rəsmən itirməsi ilə əlaqədar müqaviləsi olan futbolçulardan Eminin də anlaşmasının qüvvədən düşdüyünü bəyan edib. Bununla da Mahmudov azad agent statusu alıb. 19 yaşlı yarımmüdafiəçinin karyerasını Moskva “Spartak”ında davam etdirməsində əngəl qalmayıb.
RFİ-nin çıxardığı başqa qərar isə Rusiya Premyer Liqasında oynayan digər futbolçumuz – Mahir Şükürovun oynadığı “Anji” klubu ilə bağlıdır. Belə ki, Mahaçqala təmsilçisinə Bryansk “Dinamo”suna keçən futbolçusu Andrey Streltsov qarşısında maliyyə öhdəliklərini yerinə yetirməyənə kimi yeni futbolçularını qeydiyyatdan keçirmək qadağan edilib.

0
0