Aleksandr Starkov “Birlik kuboku”nun bombardirini komandasına çağırdı
28.01.2011 - 15:55
“Bakı” klubunun baş məşqçisi Aleksandr Starkov seçimini edib. Apasport.az saytının məlumatına görə, 56 yaşlı mütəxəssis eyni vaxtda çalışdırıcısı olduğu Latviya yığmasının heyətini müəyyənləşdirib.
Hazırda klubu ilə birlikdə Türkiyənin Antalya şəhərində olan Starkov fevralın 9-da elə həmin şəhərdə baş tutacaq Latviya – Boliviya oyununa 18 futbolçu çağırıb. O, Azərbaycan üçün tanış qapıçıların heç birini komandaya çağırmayıb. Söhbət “Qəbələ”dəki çıxışı ilə özündən söz etdirən və neçə vaxtdır yığmadan təklif gözləyən Pavel Doroşev, həmçinin “Xəzər Lənkəran”ın imtina etdiyi yığmanın 3-cü qapıçısı Denis Romanova ehtiyac duymayıb.
Əvəzində “Birlik kuboku”nun ən yaxşı bombardiri olan “İnter”li Girts Karlson, “Qarabağ”da çıxış edən Andrey Rubin yenə də yığmaya dəvət alılar. AZAL-ın baxışa çağırdığı Ritus Krjauklis də boliviyalılara qarşı oynamaq imkanı qazanacaq. Lakin o, hələ ki müqavilə ilə məxsus olduğu “Ventspils”in oyunçusu kimi çağırılıb.

0
0