“Xəzər Lənkəran” fiziki cəhətdən çox güclü oyunçulardan təşkil olunub”
29.01.2011 - 11:38
“Xəzər Lənkəran”la oyunumuz çox gərgin alındı. Buna rəqibin çox yaxşı komanda olması səbəb oldu. Lənkəranlılar çox ciddi futbol oynayırlar. Komanda fiziki cəhətdən çox güclü oyunçulardan təşkil olunub, texniki-taktiki vərdişlərə malikdir, fərdi mübarizələrdə başarılıdırlar”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ukraynanın “Çernomorets” klubunun baş məşqçisi Roman Qriqorçuk deyib.
Odessa təmsilçisinin çalışdırıcısı Türkiyənin Antalya şəhərində “Xəzər Lənkəran”la keçirilən oyun haqda fikirlərini açıqlayıb: “Bir sözlə “Xəzər Lənkəran” kimi rəqiblə oynamaq faydalı oldu. Biz hər dəfə hesabda irəli çıxrdıq – 1:0, 2:1. Amma rəqib də hər dəfə tarazlığı bərpa edirdi. Ancaq Silantyevin vurduğu sonuncu qol həlledici oldu. Oyunçularımız bu görüşə tam ciddi yanaşdılar. Bu səbəbdən də matçı ayrı-ayrı hissələrə bölmək lazım deyil. Qarşılaşma tam eyni tərzdə keçdi”.
Qriqorçuk güclü yağışın oyunun baş tutmasına mane ola bilməməyinə çox sevinir: “Fasiləsiz leysana baxmayaraq inzibatçımız Andrey Çernov meydan məsələsini həll edə bildi. Nəticədə biz əla ot örtüyündə oynadıq. 18 oyunçuya şans verdim və onlardan razı qaldım”.
Qeyd edək ki Ukrayna çempionatının I dəstəsində çıxış edən “Çernomorets” “Xəzər Lənkəran”la oyunda 3:2 hesabı ilə qalib gəlib.

0
0