“Turan”ın son rəqibi dəyişdi
29.01.2011 - 12:17
“Turan”ın son rəqibi dəyişdi
Tovuzun “Turan” klubunun planları pozulub. Apasport.az saytının məlumatına görə, bu gün Gürcüstanın “VİT Corciya” klubu ilə qarşılaşmalı olan Naci Şensoyun yetirmələri rəqibin imtinası ilə üzləşiblər. Bu matç tovuzluların Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında son oyunu olmalı idi.

Belə vəziyyətlə üzləşən “Turan” rəhbərliyi yeni rəqib tapmağa məcbur olub. Qərblilər Cənubi Koreyanın “Qyeonqnam” komandası ilə oynamaq haqqında razılıq əldə ediblər. Bugünkü görüş “Titanik” otelinin meydançasında baş tutacaq.