“Bakı” klubundan qovulanlar “Atırau”ya da lazım olmadı
01.02.2011 - 10:22
“Bakı” klubundan qovulanlar “Atırau”ya da lazım olmadı
Qazaxıstanın “Atırau” klubu heyətində növbəti islahatlar aparıb. Apasport.az saytının məlumatına görə, komandanın azərbaycanlı baş məşqçisi Ramiz Məmmədov bir sıra futbolçulardan imtina edib.

Baxışda olan bolqarıstanlı İliyev, həmçinin bir müddət əvvəl “Bakı”dan kənarlaşdırılan İbrahim Karqbo ilə müqavilə bağlamamaq barədə qərar verilib. Digər sabiq “Bakı”lı makedoniyalı Svetan Çurlinovdan da imtina olunub.

Yerli futbolçular Daniyar Kenjexanov, Viktor Kovalyov, Stanislav Renskov, Aleksandr Mulgin, Alibek Sakenov, həmçinin bir neçə braziliyalı və gənc oyunçular baxışdan keçməyib.

Qeyd edək ki, Məmmədov bunadək Sergey Kozyulin, Mozes Saki, Alfreddən də imtina etmişdi.
0