Dubayda ikinci siftə
01.02.2011 - 12:25
Azərbaycan millisi sabah 2011-ci ildə ilk oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, yanvarın 27-dən Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan yığmamız Ukraynanın “Metallist” klubu ilə yoldaşlıq görüşü keçirəcək.
Bununla, komandamız 2-ci dəfə ildə ilk oyununu Dubayda keçirəcək. Belə ki, 2009-cu ildə də Foqtsun komandası həmin şəhərdə təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq görüşü keçirmiş və rəqib Özbəkistan olmuşdu. Millimizin hücumçusu Vaqif Cavadovun 1-ci dəqiqədə qol vurduğu həmin görüş 1:1 hesabı ilə nəticələnib. Yeri gəlmişkən, həmin qol millimizin 19 illik tarixində ən erkən qollardan biridir. Özbəklərlə həmin matçın tarixi fevralın 1-ə, “Metallist”lə görüş isə 2-nə təsadüf edir.
Əslində, Xarkov təmsilçisi ilə sabahkı görüşə daha çox məşq, ikitərəfli oyun prizmasından yanaşmaq daha düzgün olardı. Ən azı ona görə ki, dünya praktikasında klublarla yığmalar arasında görüşlərin nəticəsi nəzərə alınmır. Təbii ki, Azərbaycan - “Metallist” oyunu FİFA-nın reytinqinə də düşməyəcək.
Millimizə hazırlığın ilk mərhələsində oyun lazım idi və Dubayda toplanış keçən xarkovlulardan təklif müsbət dəyərləndirildi. Ancaq Miron Markeviçin çalışdırdığı komandaya zəif rəqib gözü ilə baxmaq da düzgün olmazdı. Ən azı ona görə ki, “Metallist” Avroliqanın 1/16 final mərhələsinə çıxıb. Aleksey Mixayliçenkonun gedişindən sonra bir ara Ukrayna yığmasını çalışdıran Markeviç təcrübəli mütəxəssislərdəndir.
Sözsüz ki, millimizin Dubay toplanışında əsas diqqət fevralın 9-dakı oyuna yönələcək. Həmin gün Macarıstanla yoldaşlıq görüşü keçirəcəyik və bu, FİFA-nın “pəncərəsi”nə düşür. Ölkədən kənarda çıxış edən futbolçularımız – yığmamızın kapitan Rəşad Sadıqovla (“Əskişəhərspor”, Türkiyə) vitse-kapitan Mahir Şükürov (“Anji”, Rusiya) həmin oyuna gəlib çıxacaqlar.
Qeyd edək ki, FİFA-nın qaydalarına görə, klublar yoldaşlıq görüşünə 2 sutka qalmış futbolçularını yığmaya buraxmaq hüququna malikdirlər.
Mehman SÜLEYMANOV

0
0