Berti Foqtsda 2, millimizdə 32
01.02.2011 - 13:56
Azərbaycan millisi tarixində 32-ci dəfə klubla yoldaşlıq görüşü keçirəcək. Apasport.az saytının məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki toplanış çərçivəsində komandamız sabah Ukrayna Premyer Liqasının son bürünc mükafatçısı “Metallist”lə qarşılaşacaq.
Arxada qalan 31 oyundan 30-u AFFA-nın sabiq prezidenti Fuad Musayevin dövründə baş tutub və klublarla əksər görüşlər qələbəmizlə nəticələnib. Musayevin vaxtında tez-tez Cənubi Kiprə, Bolqarıstana yollanan millimiz klublarla da oynamağa razılıq verib. 2 il dalbadal (2001 və 2002) Bolqarıstanın Albena şəhərində beynəlxalq turnirə qatılan yığmamız baş məşqçilərdən İqor Ponomaryovla 1-ci, Kazbek Tuayevlə 2-ci olub. Yəni, 9 il öncə milli komandamız Bolqarıstandan Bakıya kubokla dönüb.
Yığmamızın tarixində ən böyük uğuru olan “Albena kuboku” ilə yanaşı, ən böyük hesablı qələbə də məhz klubla görüşə təsadüf edir. Belə ki, İsveçrə təmsilçisi “Vintertur”un qapısından 12 cavabsız top keçirməyə müvəffəq olmuşuq. Bu qollardan 6-nı isə keçmiş hücumçu, hazırda “Xəzər Lənkəran”ın əvəzedici komandasını çalışdıran Samir Ələkbərov vurub. 43 yaşlı Ələkbərov həm də, millimizin klublarla yoldaşlıq görüşündə ilk qolunun müəllifidir. Bu, İranın “Traktorsazi” klubu ilə oyunda olub. Klublarımızın indiyədək beynəlxalq miqyasda 12:0 hesablı qələbə qazanmadığını nəzərə alsaq, isveçrəlilər üzərində həmin darmadağın ən böyük hesablı qalibiyyətimiz sayılır.
“Metallist”lə görüş Musayevdən sonrakı dönəmdə 2-ci oyundur. Özü də əvvəlki matç da Foqtsun dövründə Dubayda olub. Həmin vaxt Çexiya çempionu “Slaviya” ilə görüşən millimiz 0:2 hesabı ilə uduzub. İndi Foqts həmin məkanda başqa klubla, Avroliqanın 1/16 final mərhələsinin iştirakçısı ilə görüşdə bunun əvəzini çıxmağa çalışacaq.
Azərbaycan yığmasının indiyədək klublarla oyunları
18.11.1992. Təbriz. “Təbriz” (İran) - Azərbaycan - 0:0
Baş məşqçi: Əhməd Ələsgərov
20.11.1992. Təbriz. “Traktorsazi” (İran) - Azərbaycan - 1:1
Baş məşqçi: Əhməd Ələsgərov
23.08.1994. Sankt-Qallen. “Sankt-Qallen” (İsveçrə) - Azərbaycan - 1:0
Baş məşqçi: Ağasəlim Mircavadov
24.08.1994. Vintertur. “Vintertur” (İsveçrə) - Azərbaycan - 0:12
Baş məşqçi: Ağasəlim Mircavadov
16.03.1995. Larnaka (Cənubi Kipr). Azərbaycan – “Kolos” (Rusiya) - 2:1
Baş məşqçi: Ağasəlim Mircavadov
18.03.1995. Larnaka. Azərbaycan – “Skonto” (Latviya) - 1:0
Baş məşqçi: Ağasəlim Mircavadov
21.03.1995. Larnaka. Azərbaycan - AEL (Kipr) - 2:0
Baş məşqçi: Ağasəlim Mircavadov
04.03.1997. Larnaka. Azərbaycan – “Norçepinq” (İsveç) - 1:1 (penalti - 4:3)
Baş məşqçi: Vaqif Sadıqov
06.03.1997. Larnaka. Azərbaycan – “Molde” (Norveç) - 0:0 (penalti - 7:6)
Baş məşqçi: Vaqif Sadıqov
08.03.1997. Larnaka. Azərbaycan – “Kunqsvinger” (Norveç) - 0:3
Baş məşqçi: Vaqif Sadıqov
08.03.1999. Larnaka. Azərbaycan – “Hammarbü” (İsveç) - 0:1
Baş məşqçi: Vaqif Sadıqov
10.03.1999. Larnaka. Azərbaycan – “Metallurq” (Rusiya) - 1:3
Baş məşqçi: Vaqif Sadıqov
13.03.1999. Larnaka. Azərbaycan – “Krılya Sovetov” (Rusiya) - 0:3
Baş məşqçi: Vaqif Sadıqov
15.01.2000. Sandansk (Bolqarıstan). Azərbaycan – “Tom” (Rusiya) - 2:1
Baş məşqçi: Əsgər Abdullayev
20.03.2000. Sandansk. Azərbaycan – “Vihren” (Bolqarıstan) - 3:0
Baş məşqçi: Əsgər Abdullayev
22.01.2000. Sandansk. Azərbaycan – “Belasitsa” (Bolqarıstan) - 2:0
Baş məşqçi: Əsgər Abdullayev
16.07.2000. Varna (Bolqarıstan). “Dorostal” (Bolqarıstan) - Azərbaycan 0:1
Baş məşqçi: İqor Ponomaryov
19.07.2000. Varna. ”Çernomorets” (Bolqarıstan) - Azərbaycan - 0:3
Baş məşqçi: İqor Ponomaryov
23.07.2000. Varna. Şərqi Bolqarıstanın klub yığması - Azərbaycan - 0:6
Baş məşqçi: İqor Ponomaryov
29.06.2002. Kuressaare (Estoniya). Azərbaycan - Kuressaare (Estoniya) - 3:0
Baş məşqçi: Vaqif Sadıqov
07.02.2009. Dubay. Azərbaycan – “Slaviya” (Çexiya) – 0:2
Baş məşqçi: Berti Foqts (Almaniya)
Beynəlxalq turnir
17.02.2001. Albena (Bolqarıstan). “Dobruca” (Bolqarıstan) - Azərbaycan - 1:2
Baş məşqçi: İqor Ponomaryov
18.02.2001. Albena. “Midia” (Rumıniya) - Azərbaycan - 4:2
Baş məşqçi: İqor Ponomaryov
20.02.2001. Albena. “Niva” (Ukrayna) - Azərbaycan - 1:3
Baş məşqçi: İqor Ponomaryov
22.02.2001. Albena. “Dnepr-2” (Ukrayna) – Azərbaycan – 0:2
Baş məşqçi: İqor Ponomaryov
24.02.2001. Albena. “Farul” (Rumıniya) - Azərbaycan - 0:1
Baş məşqçi: İqor Ponomaryov
Beynəlxalq turnir
09.02.2002. Albena. “Dobruca” (Bolqarıstan) - Azərbaycan 0:0
Baş məşqçi: Kazbek Tuayev
12.02.2002. Albena. “Bad-Blayberq” (Avstriya) - Azərbaycan - 1:1
Baş məşqçi: Kazbek Tuayev
14.02.2002. Albena. “Lada” (Rusiya) - Azərbaycan - 0:2
Baş məşqçi: Kazbek Tuayev
16.02.2002. Albena. Azərbaycan - Volın (Ukrayna) - 3:1
Baş məşqçi: Kazbek Tuayev
17.02.2002. Albena. Azərbaycan – “Stal” (Ukrayna) - 1:3
Baş məşqçi: Kazbek Tuayev
Mehman SÜLEYMANOV

0
0