“Şalke” azərbaycanlı futbolçu transfer etdi
02.02.2011 - 10:02
Almaniyanın “Şalke” klubu İran yığmasının futbolçusu Əli Kərimini transfer edib. Apasport.az saytının məlumatına görə, vaxtilə Bundesliqanın qalibi olan komanda Azərbaycan əsilli hücumameylli yarımmüdafiəçi ilə cari mövsümün sonuna kimi müqavilə bağlayıb. 33 yaşlı Kərimi Almaniyada oyun təcrübəsinə malikdir. Belə ki, o, 2005-07-ci illərdə “Bavariya” klubunun heyətində çıxış edib (33 oyun, 3 qol). Əli 2006-cı ildə həm Almaniya çempionu, həm də Asiyanın ən yaxşı futbolçusu olub.
Qeyd edək ki “Asiya Maradonası” ləqəbi ilə tanınan Kərimi 11 il oynadığı İran yığmasından (112 oyun, 36 qol) 2009-cu ildə ömürlük qovulub. Bu, onun bir neçə komanda yoldaşı ilə birgə Cənubi Koreya ilə oyuna qollarında yaşıl sarğı ilə çıxmaqla, ölkə prezidentinin rəqibinə dəstək verməsi ilə bağlı olub.

0
0