Milli komandamız İngiltərə ilə eyni qrupda - YENİLƏNİB
03.02.2011 - 15:42
Bu gün 21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Bakı vaxtilə saat 15:00-da UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında başlayan mərasimdə yığmamızın Avro-2013-nün seçmə mərhələsində rəqibləri müəyyənləşib.
Almaniyalı Bernard Lippertin çalışdırdığı komandamız İngiltərə, Belçika, İslandiya və Norveçdən olan həmyaşıdları ilə bir qrupa düşüb.
Seçmə mərhələyə martın 25-də start veriləcək. Oyunlar üçün bu il 25-i ilə yanaşı, martın 29-u, iyunun 3-ü və 7-si, sentyabrın 2-si və 6-sı, oktyabrın 7-si və 11-i, gələn il iyunun 1-i, 5-i, 8-i və 12-si, sentyabrın 7-si, 8-i və 10-u tarixlər ayrılıb.
Final mərhələsinə çıxmaq uğrunda 10 qrupun qalibləri və 2-ci yeri tutanlar arasında ən yaxşı 4 komanda arasında mübarizə gedəcək. Həmin pley-off oyunları gələn ilin oktyabrın 12-də və 16-da keçiriləcək. Sonda 7 qalib və meydan sahibi kimi birbaşa çıxmaq hüququ qazanan İsrail final mərhələsini təşkil edəcək.
I qrup: Almaniya, Belarus, Yunanıstan, Bosniya və Herseqovina, Kipr, San-Marino
II qrup: İsveç, Finlandiya, Sloveniya, Ukrayna, Malta, Litva
III qrup: Çexiya, Uels, Ermənistan, Çernoqoriya, Andorra
IV qrup: Serbiya, Danimarka, Şimali İrlandiya, Makedoniya, Farer adaları
V qrup: İspaniya, İsveçrə, Xorvatiya, Gürcüstan, Estoniya
VI qrup: Rusiya, Portuqaliya, Moldova, Polşa, Albaniya
VII qrup: İtaliya, Türkiyə, Macarıstan, İrlandiya, Lixtenşteyn
VIII qrup: İngiltərə, Belçika, İslandiya, Norveç, Azərbaycan
IX qrup: Rumıniya, Fransa, Slovakiya, Latviya, Qazaxıstan
X qrup: Hollandiya, Avstriya, Şotlandiya, Bolqarıstan, Lüksemburq

0
0