“Neftçi”nin Vitali Kovalyov adlı biabırçılığı
03.02.2011 - 12:09
“Neftçi” bəlkə də çempion olacaq. Əslində, Tahir Süleymanov kimi vitse-prezidenti, Arif Əsədov kimi baş məşqçisi olan klubun çempion olması üçün gərək bütün əsas rəqiblərdə söz sahibləri tahirlər, ariflər ola. Bəlkə onda balans düzələ və “ağ-qaralar” çempion ola. Amma bu ağılla…
“Neftçi”nin Araz Abdullayev və Amit Quluzadə adlı “tamaşa”sını udduq. Nəyin naminə udduq, bilirsizmi? Dedik gözləyək, bəlkə doğrudan da Araz “Everton”a, Amit “Fənərbaxça”ya gedər. Amma özündənrazı Tahir Süleymanovun baş ssenaristi olduğu hər iki “tamaşa”nın axırı yaxşı qurtarmadı, iki növcavan futbolçumuzun İngiltərə, Türkiyə səviyyəsində olmadığı üzə çıxdı. Lakin bunu da udduq. Nələrəsə görə bağışladıq. Dedik cavandılar, səhv edirlər, bir də etməzlər…
Ancaq Türkiyənin I liqa təmsilçisi “Kartalspor”un ehtiyat oyunçular skamyasında “çürüyən”, az qala Tahir Süleymanovla yaşıd olan, saçı-saqqalı ağaran Vitali Kovalyovu dartıb “Neftçi”yə gətirmək! Yox, bu artıq ağ oldu. “Neftçi”də onsuz da “ağsaqqal” qapıçı - Rauf Mehdiyev var idi. İkinci bir “baba”ya nə ehtiyac vardı?
Görünür, Kovalyovun keçidi dövlətin, daha doğrusu, xalqın pulunun kimlərinsə cibinə yönəlməsinə sərf edir. Yoxsa “Kartalspor”da 18 ayda cəmi 5 oyunda meydana çıxan Vitali kimin nəyinə lazım idi?
Hazırlaşın, özünü “Neftçi”nin ideoloqları sayanlar, yavaş-yavaş hesabat verməyin vaxtıdı. Amit Quluzadə, Araz Abdullayev adlı “tamaşalar”ın da hesabatını verəcəksiz, Vitali Kovalyovun mənasız transferinin də.
Mənbə: korner.az

0
0