Azərbaycan kubokunda 1/4 final oyunlarının vaxtı açıqlandı
03.02.2011 - 12:36
Azərbaycan kubokunun 1/4 final oyunlarının keçirilmə vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu mərhələdə “Neftçi” – “Xəzər Lənkəran”, “Qəbələ” – “Bakı” və “Abşeron” – “İnter” cütlərində ilk oyunlar martın 3-də, cavab görüşləri 8-də keçiriləcək.
Yalnız AZAL – “Turan” cütündə oyunların tarixi fərqlidir. Belə ki, ilk görüş martın 2-də, cavab oyunu 9-da olacaq. Bu da ilk oyunlarda meydan sahibi olan AZAL-la “Abşeron”un rəqiblərini “Şəfa” stadionunda qəbul etməsi ilə bağlıdır.
Mənbə: pfl.az

0
0