3 gün tez
03.02.2011 - 12:40
3 gün tez
Azərbaycan Premyer Liqasının və ölkə kubokunun təqvimində növbəti dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, yarışın təşkilatçısı Peşəkar Futbol Liqası bəzi oyunların tarixini dəyişməyə qərar verib. Qurumun rəsmi internet saytının açıqladığı dəyişikliklər Azərbaycan milli komandası ilə bağlıdır.

Yığmanın Avro-2012-nin seçmə qrup mərhələsi çərçivəsində iyunun 3-də Qazaxıstan, 7-də Almaniya ilə oyunlara hazırlaşması üzündən mövsümün sonu dəyişikliklərə məruz qalıb. Belə ki, Premyer Liqanın mayın 14-15-də baş tutmalı olan 31-ci tur ayın 12-13-də keçiriləcək. Sonuncu – mükafatçıların müəyyənləşəcəyi 32-ci tur isə mayın 21-22-də deyil 18-19-da baş tutacaq. Ölkə kubokunun mayın 28-də baş tutmalı olan final matçı isə 4 gün tez – 24-də keçiriləcək.