Rodriginyo: “Neftçi”yə keçməklə, yanılmamışam
03.02.2011 - 14:16
Rodriginyo: “Neftçi”yə keçməklə, yanılmamışam
“Məni israrla heyətində görmək istədiklərinə görə klub rəhbərliyinə və baş məşqçiyə təşəkkürümü bildirirəm. Düzü, bir az tərəddüd edirdim. Çünki “Santos”un heyətində oynayırdım və baş məşqçimiz də məni komandadan buraxmaq istəmirdi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Neftçi”nin yeni transferi Rodriginyo deyib.

Vətəni Braziliyada məşhur “Santos” klubunda oynayan 29 yaşlı futbolçu “ağ-qaralar”la 2 illik müqavilə imzalayıb. “Neftçi”nin Antalyadakı hazırlığına qatılan və tibbi müayinədən keçən Rodriqinyo məşqə də çıxıb: “Danışıqlar getdiyi bu aylar ərzində "Neftçi", Azərbaycan, Bakı şəhəri ilə maraqlanmağa başladım. Azərbaycanda çıxış edən digər braziliyalı futbolçuların fikirlərini öyrəndim. Onlar hamısı "Neftçi"nin Azərbaycanın ən güclü klubu olduğunu bildirdilər. Antalyaya gəlib, "Neftçi" ilə müqavilə bağlayarkən, klub prezidenti ilə səmimi söhbətimdə bir daha əmin oldum ki, seçimimdə yanılmamışam".

Qeyd edək ki, Rodriqinyo 19 yaşında "Atletiko Paranaense" klubunun heyətində Braziliya çempionu olub. Yarımmüdafiəçi son mövsümdə "Santos"un heyətində 27 oyunda 2 qol vurub.