“Barselona” ilə “Neftçi”nin ortaq maraqları
03.02.2011 - 14:44
İspaniyanın məşhur “Barselona” və Bakının “Neftçi” klublarının ortaq maraqları var. Apasport.az saytının məlumatına görə, bakılılarla dünyanın ən güclü komandalarından birinin transfer hədəfləri eyni nöqtədə birləşir. Söhbət “Neftçi” və “Barselona” üçün ortaq hədəf olan Braziliyanın “Santos” klubundan gedir.
Bu gün bakılılar bir vaxtlar Pelenin də oynadığı komandanın yarımmüdafiəçisi Rodriginyo ilə müqavilə bağlayıb. “Barselona” isə onun komanda yoldaşı Neymarı transfer etməyi qarşısına məqsəd qoyub. Kataloniyalılar 18 yaşlı vunderkind üçün 22 milyon avro ödəməyə hazırdır. Lakin bir məsələ də var ki, “Çelsi” də Neymar sevdasındadır.
Təbii ki, 2 oyunçu arasında səviyyə fərqi də var. Bunu 2010-cu ilin göstəriciləri də təsdiqləyir. Neymar il ərzində “Santos”da oynadığı 60 matçda 42 qol vurub. Rodriginyo isə 24 matçda 2 qol vurub. Düzdür, oyun sayı bəzi mənbələrdə fərqli göstərilir.
Ötən il dekabrın 5-də A seriyasının son turunda “Neftçi”nin real, “Barselona”nın potensial oyunçuları çiyin-çiyinə oynayıblar. “Flamenqo” ilə qolsuz heç-heçə qeydə alınan matçda hər ikisi 90 dəqiqə meydanda olublar. Rodriginyo həmin matçda sarı vərəqə də alıb.

0
0