Joze Alesio Da Silva: 100 yox, 80-90 faiz hazırıq
05.02.2011 - 00:00
“Bakıdakı beynəlxalq turnir milli komandanın Avropa çempionatının seçmə mərhələsinə hazırlıq məqsədi daşıyır. Futbolçuların son hazırlığını nəzərdən keçirmək imkanı əldə edəcəyəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan futzal yığmasının baş məşqçisi Joze Alesio Da Silva deyib.
Bu gün Bakıda startı veriləcək IV Bakı Beynəlxalq Futzal Turnirində çıxış edən yığmamız qələbə uğrunda Özbəkistan, Ukrayna və Latviya milliləri ilə mübarizə aparacaq. Braziliyalı mütəxəssis bildirib ki, çox maraqlı və gərgin turnir olacaq: “Bizim üçün əhəmiyyətli olan bu turnir komandamızın seçmə mərhələyə necə hazır olduğunu üzə çıxaracaq. Özbəkistan və Ukrayna milliləri güclü rəqiblərdir. Məhz bu cür güclü rəqiblərlə görüşlər lazımdır ki, oyunçularımız gərgin oyunlara alışsınlar. Düzdür, bu cür yarışlar üçün kifayət qədər təcrübəmiz var. Özbəkistanın oyunlarını izləmişəm, Ukrayna ilə Avropa çempionatının final mərhələsində qarşılaşmışıq. Artıq Tyaqo Rodriqes, Maşado Dos Santos və Serjio Luis də 2 gündür heyətə qoşulublar. Onların gəlməsi ilə tam heyətlə məşq edirik. Turnirə 100 faiz yox, 80-90 faiz hazırıq”.

0
0