Tanınmış mütəxəssis Rəşad Sadıqova məsləhət verdi
05.02.2011 - 00:05
“Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov bəyəndiyim futbolçudur. Ancaq müdafiəçiniz “Əskişəhərspor”da daim əsas heyətdə oynamır”. Bu fikirləri apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına açıqlamasında Türkiyənin “Kocaelispor” klubunun sabiq baş məşqçisi Yılmaz Vural deyib.
Rəşad hələ 2009-cu ilin qışında “Neftçi”dən “Kocaelispor”a keçən zamanı Vural istefa verdiyindən, onunla işləmək nəsib olmadı. Həmin vaxt “Kocaelispor”da 5 ay digər türkiyəli mütəxəssis Erhan Altının rəhbərliyi altında oynayan Sadıqov ötən yay yenidən Türkiyə Superliqasına qayıtdı.
Ancaq ölkəmizin ən yaxşı futbolçusunun “Əskişəhərspor”da daim əsas heyətdə yer almamağı Vuralın da diqqətindən yayınmayıb. Sadıqova məsləhətlərini verən təcrübəli mütəxəssis onun əsas heyət oyunçusu olan klubda oynamasını arzulayır: “Mən Rəşadın çıxışını izləyirəm. Fikir verirəm, xeyli müddətdir oynamır. Oynayanda yaxşı təsir bağışlayır. Ancaq Sadıqovu həmişə meydanda görmürük. Müdafiəçi “Əskişəhərspor”un start heyətinə düşmür. Bunun səbəbini bilmirəm. Rəşad mərkəz müdafiəçisi oynayır. Ancaq buna rəğmən, “Əskişəhərspor”un həmin mövqeyə futbolçu axtardığını bilirəm. Sadıqov isə Azərbaycanın ən yaxşı futbolçularından biridir. Kaş ki oynaya biləcəyi bir komandaya getsəydi... Çünki futbolda oynamaq lazımdır. Yaxşı futbolçu olub, ehtiyatda qalmaq yaxşı iş deyil”.
Qeyd edək ki, Sadıqovla Vuralın Superliqanın ilk dövrəsində görüşü “Əskişəhərspor”un səfərdə “Kasımpaşa” üzərində 2:0 hesablı qələbəsi ilə nəticələndi. Rəşad həmin oyunda kənardan izləmişdi. Maraqlıdır ki, bu, Vuralın “Kasımpaşa”da son oyunu oldu və az sonra istefa verdi.
Mehman SÜLEYMANOV

0
0