3 futbolçu “Qarabağ”dan ayrıldı
05.02.2011 - 11:01
3 futbolçu “Qarabağ”dan ayrıldı
Ağdamın “Qarabağ” klubu Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışını başa vurub Azərbaycana qayıdıb. Apasport.az saytının məlumatına görə, yanvarın 9-dan ölkə xaricində olan Qurban Qurbanovun yetirmələri geriyə tam heyətlə qayıtmayıb.

Belə ki, Azərbaycan milli komandası ilə birlikdə Birləşmiş Ərəb Əmirliklərində olan oyunçuların ardından daha 3 futbolçu “Qarabağ”dan ayrılıb. Bunlar latviyalı Andrey Rubin, albaniyalılar Admir Teli və Ansi Aqollidir. Onlar öz yığmalarının düşərgəsinə yollanıblar və yalnız fevralın 9-dakı yoldaşlıq oyunundan sonra “Qarabağ”ın sıralarına qayıdacaqlar.

Qeyd edək ki, “Qarabağ” məşqlərini fevralın 8-də bərpa edəcək.