Julius Vubay: Əlimdən gələni edəcəyəm ki, çempion olaq
05.02.2011 - 11:35
“Xəzər Lənkəran” klubu tarixində ən böyük transferini həyata keçirib. Apasport.az saytının məlumatına görə, “transfer pəncərəsi”ndən maksimum yararlanan klub daha bir yeni futbolçu, Syerra-Leone yığmasının oyunçusu Julius Vubay ilə 2 illik müqavilə bağladı.
İmzalanma mərasimində afrikalı transferi ilə bağlı fikirlərini açıqlayıb: “Bu gündən mən “Xəzər Lənkəran”ın rənglərini qoruyacağam və əlimdən gələni edəcəyəm ki, bu ilin qalibi biz olaq. Mən bura “Xəzər Lənkəran”la çempion olmağa gəlmişəm”,
Ölkəsinin aparıcı futbolçularından olan Vubay Syerra-Lyone millisinin bombardirlər siyahısında 12 qolla ikinci pillədədir. Ümumilikdə karyerası ərzində 70-dən çox qol imza atmış yeni transfer hücumameylli yarımmüdafiəçi və hücumçu mövqelərində oynayır. Son klubu Rumıniyanın “Universitatya Krayova” klubu olan Julius, həmçinin Kipr çempionatında da uzun müddət uğurla çıxış edib.

0
0