“Xəzər Lənkəran” Avropanın 19 komandası sırasında
05.02.2011 - 14:18
“Xəzər Lənkəran” klubunun futbolçusu Uinston Parks vətəni Kosta-Rikada diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, hücumçunun Azərbaycan çempionatında çıxış etməsi onun həmyerlilərini sevindirir.
Kosta-Rika mətbuatı Avropa klublarında çıxış edən oyunçularla bağlı xüsusi yazı hazırlayıb. Onlar “Xəzər Lənkəran”da dazil olmaqla 19 “Köhnə dünya” təmsilçisinin bu ölkədən olan futbolçulara güvəndiyini qürur hissi ilə vurğulayır. Danimarka, Rusiya, Türkiyə, Polşa, Norveç, Avstriya, Belçikada da oyunçuları olan kosta-rikalılar uzun illər Avropada təmsil olunmadıqlarını xatırlayıb indiki vəziyyətə şükür edirlər. Məsələ ondadır ki, ötən əsrin 40-cı illərində məşhur İspaniya “Barselona”sında çıxış etmiş Alexandro Morera Soto onilliklər boyu Avropada çıxış etmiş kosta-rikalı sayılırdı.

0
0