“Xəzər Lənkəran” klubunun sabiq futbolçusu “Top-10”da
05.02.2011 - 15:41
“Xəzər Lənkəran” klubunun sabiq futbolçusu “Top-10”da
Rumıniya futbolunun ən səs-küylü 10 transferinin siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu ölkədən olan həmkarlarımız Avropada özündən söz etdirib, diqqətləri cəlb edən seçilmişlər sırasında Azərbaycan Premyer Liqasında top qovmuş oyunçu da var. Bu, vaxtilə “Xəzər Lənkəran”ın şərəfini qorumuş Klaudiu Radukanudur.

2004-cü ildə “Styaua”dan İspaniyanın “Espanyol” klubuna transfer edilən, lakin ümidləri doğrultmayan futbolçu siyahıda 7-ci pillədə qərarlaşıb. Primeradakı ilk oyununda qol vurmasına baxmayaraq Radukanu gözlənilənləri verməyib Almaniya, İtaliya, Çin. Kipr, Azərbaycan kimi ölkələri də gəzib.

Qeyd edək ki, “Top-10”un ilk pilləsində Rumıniya futbolunun ən qalmaqallı siması Adrian Mutu qərarlaşıb.