Berti Foqts “Bur Dubai”da danışacaq
06.02.2011 - 18:53
Birləşmiş Ərəb Əmirliklərində təlim-məşq toplanışında olan Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts yanvarın 8-də mətbuat konfransı keçirəcək. Apasport.az saytının xəbərinə görə, saat 13:00-da Movenpick (Bur Dubai) otelində baş tutacaq tədbirdə almaniyalı çalışdırıcı 14 günlük hazırlıq, eləcə də, yoxlama oyunları ilə bağlı jurnalistlərin suallarını cavablandıracaq.
0
0