Yeni rekord və ya Rəşad Sadıqovun indiyədək görmədiyi plakat
07.02.2011 - 11:56
“Qalatasaray” oyununda dünyada yeni rekord vurulub. Apasport.az saytının məlumatına görə, bu rekorda hesabat turunda “Əskişəhərspor” klubuna 4:2 hesabı ilə qalib gələn “Cim Bom” deyil, onların azarkeşləri imza atıblar.
Tərəfdarlar Türk Telekom Arenaya 315 metrlik plakat gətirməklə, adlarını tarixə yazdırıblar. Yığmamızın kapitanı Rəşad Sadıqovun da şahidlik etdiyi plakatda isə “Pis günün dostu” sözləri həkk edilib. Azarkeşlər bununla sevimli komandalarına həmişə dəstək olacaqlarını ifadə ediblər.
Qeyd edək ki, bu rekord indiyə kimi “Barselona” azarkeşlərinə məxsus idi. Onlar 290 metrlik plakat hazırlamaqla, dünyada birinci yerdə idilər.

0
0