Vitali Borisov: Qrup oyunlarına tam hazır deyilik
07.02.2011 - 12:41
“Birinci ilə müqayisədə ikinci görüşdə daha yaxşı oynadıq. Həm də qələbə qazandıqca ruhlanırıq və daha yaxşı tərəfdən fərqlənməyə çalışırıq”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan futzal yığmasının üzvü Vitali Borisov deyib.
IV Bakı Beynəlxalq Futzal turniri çərçivəsində iki oyun keçirən milli komandamız ilk qarşılaşmada Özbəkistanı, daha sonra isə Latviyanı məğlub edib. İkinci oyunda məhsuldarlığı ilə seçilən yığmamız hazırda top fərqinə görə turnir cədvəlinə başçılıq edir.
Baltikyanı ölkə təmsilçisini məğlub edəcəklərini əvvəlcədən gözlədiyini deyən Barisov fikrini belə əsaslandırıb: “Reytinq cədvəlində onları qabaqlayırıq. Buna görə də qələbə qazanmağımız gözlənilməz olmadı. Həm də qələbə qazandıqca, oyunumuz da yaxşılığa doğru dəyişir”.
Fevralın üçüncü dekadasında yığmamız Avropa çempionatının seçmə qrup mərhələsinin oyunlarına çıxacaq. Bakıda baş tutacaq oyunlarda İspaniya, Qazaxıstan və Fransa ilə üz-üzə gələcək millimiz ən azı ötən ilki uğurunu təkrarlamaq istəyir. Ancaq Vitali komandanı müqayisə edərkən, qitə miqyaslı yarışa tam hazır olmadıqlarını vurğulayıb: “Komanda Avropa çempionatının seçmə qrup mərhələsinin oyunlarına tam hazır deyil. Ötən il millinin oyunçuları “Araz”da çıxış edirdilər. İndi isə bir neçə futzalçımız Ukrayna və Küveyt klublarında oynayır. Bu da oyun baxımından tam hazır olmadığımıza səbəb olub. Amma hələ qarşıda vaxtımız var”.

0
0