Xaqani Məmmədov cavab gözləyir
07.02.2011 - 16:54
Xaqani Məmmədov cavab gözləyir
“Simurq” məni istəmədi. Səbəbinə gəldikdə, ayağımda zədə var. Buna görə də mənimlə müqavilə bağlamağa səy göstərmədilər”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”dan transferə çıxarılan futbolçu Xaqani Məmmədov deyib.

Qış fasiləsində baş məşqçi Mirça Rednikin istəyi əsasında transferə çıxarılan hücumçunun xidmətində “Gəncə” maraqlı olsa da, o, “Simurq”da çıxış etməyin tərəfdarı olduğunu bildirmişdi. Bir müddət Zaqatala təmsilçisinin düşərgəsində olan Məmmədov sonda özünə başqa komanda aramalı olub. Onun “Muğan”la anlaşacağı gözlənilir: “Muğan”la danışıqlar gedir. Sabah cavab deyəcəklər. Ola bilsin, müqavilə imzalayaq”.
0