“Real” 2-ci yeri tutsa, bu faciə olmayacaq”
07.02.2011 - 18:43
“Biz təslim olmuruq və çempionluq uğrunda mübarizə aparırıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri İspaniyanın “Real” klubunun baş məşqçisi Joze Mourinyo deyib.
Portuqaliyalı mütəxəssis İspaniya çempionatında “Barselona” ilə xal fərqini aradan qaldırmağın çətinliyini dərk etdiyini etiraf edib: “Öz karyeram ərzində yalnız 1 dəfə ikinci olmuşam. Bu da “Çelsi”dəki 3-cü mövsümümdə.
Düşünürəm ki, “Real” cari mövsümdə 2-ci yeri tutsa, bu faciə olmayacaq”.
Qeyd edək ki, Primeranın 22 turundan sonra “Barselona” 61, “Real” 54 xala malikdir. Sonuncular 22 matçda 5 xal itirən rəqibi ilə 7 xallıq fərqi 16 oyuna aradan qaldırmalıdır.

- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0