“Qarabağ” – “Qəbələ” oyununun vaxtı dəqiqləşdi
07.02.2011 - 18:54
“Qarabağ” sabahdan məşqlərə başlayır. Apasport.az saytının məlumatına görə, Antalya şəhərindəki təlim-məşq toplanışından sonra Bakıya dönən komanda 2 günlük fasilənin ardından çalışmalara start verəcək.
Sabah saat 11:00-da bazaya yığışacaq ağdamlılar 15:00-da “Qəbələ” ilə Premyer Liqanın 20-ci turunun oyununun hazırlığı üçün ilk məşqinə çıxacaq. Yeri gəlmişkən, bu matçın keçirilmə vaxtı müəyyənləşib. Bazar günü, fevralın 13-də Suraxanı qəsəbə stadionunda baş tutacaq oyun 14:00-da start götürəcək.
Qeyd edək ki, “Qarabağ” çalışmalara milli futbolçularsız başlayacaq. Komandanın yeni transferləri Nderim Nedzipi və Bojan Pavloviç bu gecə Bakıya gələcək və sabahkı məşqə çıxacaqlar.
Mənbə: qarabagh.com

- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0