Azərbaycanlı jurnalistlər “Splendid”də
07.02.2011 - 19:44
Millimizin Macarıstanla yoldaşlıq görüşünü işıqlandırmağa ezam olunan azərbaycanlı jurnalistlər bu gün Birləşmiş Ərəb Əmirliklərinə yollanıblar. Apasport.az saytının da əməkdaşının yer aldığı 8 nəfərlik nümayəndə heyəti AZAL-ın hava reysi ilə Dubaya 3 saatlıq yol qət etdilər.
Jurnalistlər 3 ulduzlu “Splendid” otelində məskunlaşıblar. Dubayda havanın temperaturu 21 dərəcədir. Beynəlxalq hava limanı şəhərin mərkəzində olduğundan, qaldığımız otelə taksi ilə cəmi 15 dəqiqəyə yetişə bildik.
Mətbuat nümayəndələrinin əsas işi sabah olacaq. Çünki milli komandamızın almaniyalı baş məşqçisi Berti Foqtsun mətbuat konfransı ilə açıq məşq sabah müvafiq olaraq saat 13:00 və 17:00-a təyin olunub.
Qeyd edək ki, Azərbaycan – Macarıstan oyunu fevralın 9-da saat 21:00-da başlayacaq. Oyun ölkəmizdə Az.TV və “İdman Azərbaycan” kanalları ilə canlı yayımlanacaq.
Mehman SÜLEYMANOV

0
0