Azərbaycan – Macarıstan: Stadion məlum, hakimlər naməlum
08.02.2011 - 00:00
Azərbaycan yığması bu il ilk oyununu “Əl-Şabab” stadionunda keçirəcək. Apasport.az saytının Dubaya ezam olunmuş əməkdaşının məlumatına görə, millimizin fevralın 9-da Macarıstanla beynəlxalq yoldaşlıq görüşü həmin arenada olacaq.
Bu, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Əl-Şabab” klubunun eyni adlı stadionudur. Oyunu idarə edəcək hakimlərin adları hələ açıqlanmasa da, onlar böyük ehtimalla BƏƏ-dən olacaq. Çünki adətən belə yoldaşlıq görüşlərini yerli hakimlər idarə edirlər.
Qeyd edək ki, millimiz əslində bu il ilk olaraq elə Dubayda Ukraynanın “Metallist” klubu ilə oyuna çıxaraq, 0:1 hesabı ilə uduzdu. Ancaq məlum olduğu kimi, klubla yığmanın görüşünün nəticəsi beynəlxalq miqyasda nəzərə alınmadığından, fevralın 2-də keçirilən həmin yoldaşlıq oyunu daha çox məşq xarakteri daşıdı.
Mehman SÜLEYMANOV

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0