Azərbaycan bayrağı Dubayda qaldırıldı
08.02.2011 - 00:07
Azərbaycanın üç rəngli bayrağı Dubayda “Movenpick” otelinin qarşısında dalğalanır. Apasport.az saytının Dubaya ezam olunmuş əməkdaşının məlumatına görə, milli komandamızın məskunlaşdığı beş ulduzlu otelin qabağında dalğalanan bayraqlar arasında dövlət atributumuz da var.
Bu, AFFA rəsmilərinin təşəbbüsü ilə edilərək, adət halını alıb. Yəni, millimizin səfərə getdiyi zamanı bayrağımız ya otelin qarşısında, ya da girişində olur.
Millimiz digər səfər oyunlarında olduğu kimi, bu dəfə olduğu ölkədəki səfirliyimizə rəsmi müraciət edib. Yəni fevralın 9-da Dubayın “Əl-Şabab” stadionunda Azərbaycanla Macarıstan futbol yığmalarının beynəlxalq yoldaşlıq görüşünə rəsmi dəvət göndərilib.
Qeyd edək ki, FİFA-nın reytinqinə düşən oyun saat 21:00-da başlayacaq.
Mehman SÜLEYMANOV

- Paraqvayda tarixi qələbəyə xüsusi qərar - 30 iyun rəsmi tətil elan edildi
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
0
0