Roman Pavluçenkodan sərt ittiham
08.02.2011 - 00:09
Roman Pavluçenkodan sərt ittiham
Moskva "Spartak"ının keçmiş hücumçusu, hazırda İngiltərənin "Tottenhem" klubunda top qovan Roman Pavluçenko "Bakı"nın yeni baş məşqçisi barədə xatirələrini bölüşüb. Apasport.az saytının xəbərinə görə, Rusiya millisinin üzvü Aleksandr Starkovun bioqrafiyasından azərbaycanlı futbolsevərlərin marağına səbəb ola biləcək detallar danışıb.

“Starkovu "Spartak"a klubun baş direktoru Yuriy Pervak gətirmişdi. Pervakla mənim aram pis idi. Aleyniçev "Sport- Ekpress"ə verdiyi məşhur müsahibəsində bütün həqiqəti demişdi. Ola bilər ki, şəxsən Starkova belə pis münasibət olmamışdı, nəinki onun köməkçisi - Klesova. Onu hətta qapı arxasında başqalarının söhbətinə qulaq asan yerdə tutmuşdular. Amma axı o öz təşəbbüsü ilə gedib qapıları pusmurdu. Starkov və Klesovun bizə heç bir hörmət və etibarı yox idi. Bu insanları "Spartak"da heç kəs sevmirdi” – deyə rusiyalı futbolçu bildirib..

Pavlyuçenko daha sonra Starkovu sərt ittiham edib: “Starkov özü alçaq adam idi, bir şeyi deyirdi, başqa şey edirdi. Poqrebnyak düz danışırdı, ona demişdi ki, "Biz Pavlyuçenkonu satırıq, sən oynayacaqsan". Amma mənə hər şeyi tam əksinə. Onlar adam yox, qorxaq idilər, onların komandasında sevimlilər vardı, onlara başqalarından fərqli davranırdılar. Hətta bunu gizlətmirdilər belə. Bir dəfə bizdə Tarasovkada məşqdən sonra nahar idi. Günorta saat birdə başlayırdı. Mən bufetə oyunçulardan birinci - 12:50-də daxil oldum. Özümə birinci yeməyi götürməyə gedirdim, birdən Starkov dedi: "Roma! Vaxta bax, hələ 10 dəqiqə qalır. Gəl qabı qoy, get, vaxtı gözlə. Boşqabı qoydum, oturdum, 20 saniyə keçdi. Bir oyunçu daxil oldu. Sakitcə özünə sup töküb, oturub yedi. Mən Starkova tərəf çöndüm, ona baxdım, o da mənim gözlərimin qabağında qızarır. Deyirəm "hələ 10 dəqiqə qalıb, 10 dəqiqə gözləmək lazımdı". O da saata baxıb deyir: "Hə, yaxşı Roma, get, ye". Axı bu necə olar? Bu məgər adamdı? Düzünə qalsa, o an mən elə istədim ki, gedim onun başını partladım! Sonra da komandadan gedim, çünki belə eləmək olmaz. Bax, Starkov belə idi. Elə ona görə də onu heç kəs sevmirdi. Onun komandada ləqəbi vardımı? Yalnız ədəbsiz.

“Spartak”ın sabiq futbolçusu fikirlərini belə davam edib: “Yadımdakı iclasda Starkov elan etdi ki, Aleyniçev komandada bir daha olmayacaq. Heç kəs durub heç nə demədi. Nə kapitan Yeqor Titov, nə də başqa təcrübəli uşaqlar. Düşünürəm ki, heç olmasa bir nəfər belə qalxsaydı, hamı qalxardı və öz narazalıqlarını bildirərdi. Ola bilərdi ki, Aleni çıxartmazdılar və kollektiv də dağılmazdı. Biz aramızda sonra bu barədə çox danışdıq. O vaxt mən özüm "Spartak"da avtoritet deyildim. Amma bir neçə il idi ki, oynayırdım, amma uşaqlar var idi, Yeqor, ya Maks Kaliniçenko daha təcrübəli idilər. Əgər mən onların yerində olsaydım, qalxardım və məşqçiyə bu barədə düşündüyüm hər şeyi deyərdim. Amma o an heç nə deyə bilməzdim. Çünki paltardəyişmə otağında heç bir rol oynamırdım. Bundan başqa, növbəti oyunda biz kürəyində 8 nömrəli və "Aleyniçev" soyadlı futbolkalar ilə çıxmaq istəyirdik. Amma Tid o vaxt bizi fikrimizdən daşındırdı, dedi ki, belə daha pis olacaq. Və biz bunu etmədik”.
0