Samuel Eto’Onu “Neftçi” klubunun sabiq futbolçusu əvəzlədi
08.02.2011 - 11:40
Afrika Millətlər Çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, “qara qitə”nin milli komandalar səviyyəsində ikinci dərəcəli turniri olan bu yarışda Azərbaycan Premyer Liqasında top qovmuş futbolçu da çıxış edir. Bu, Bakının “Neftçi” klubunun sabiq futbolçusu Valentin Atemdir. O, Kamerun yığmasının uğurları üçün Sudanda təşkil olunan turnirə yollanıb.
Daha sanballı sayılan Afrika Millətlər Kubokundan fərqli, Afrika Millətlər Çempionatında hər yığma yalnız yerli klublarda çıxış edən oyunçulardan təşkil olunmalıdır. Bu üzdən də digər yığmalar kimi, Kamerun millisi də ölkədən kənarda çıxış edən ulduzlarının xidmətindən məhrumdur.
Hücum xəttində Samuel Eto’O kimi oyunçusu olan komandada indi onu Atem əvəzləməlidir. Vətənində “Tiko Yunayted”in şərəfini qoruyan Valentin Konqo Demokratik Respublikası ilə matçda da bunu edib. Lakin yarışın ilk turundakı matç Samueli əvəzləməli olan Valentinə düşməyib. O, komandasının 2:0 hesabı ilə qalib gəldiyi oyunun ilk hissəsində zədələnərək, meydanı tərk edib. Bu üzdən də Atem fevralın 10-da Mali ilə matçı da buraxmalı olacaq.
Qeyd edək ki, Kamerunun legionerlərlə zəngin olan əsas yığması sabah Makedoniya ilə yoldaşlıq oyunu keçirəcək.

- Paraqvayda tarixi qələbəyə xüsusi qərar - 30 iyun rəsmi tətil elan edildi
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
0
0