“Neftçi”nin legioneri azarkeşlərdən kömək umur
08.02.2011 - 12:52
“Neftçi”nin legioneri azarkeşlərdən kömək umur
“Hazırda vətənimdə zədəmin müalicəsini davam etdirirəm. Fevralın 20-dək komandamın düşərgəsinə qoşulacağam. O anı səbirsizliklə gözləyirəm”. Apasport.az saytının məlumatına görə, bu sözlər Bakının “Neftçi” klubunun futbolçusu Alessandro Viana da Silvaya məxsusdur.

Braziliyada müalicəsini davam etdirən müdafiəçi “ağ-qaraların” rəsmi saytına verdiyi açıqlamada fevralın 13-də Premyer Liqanın XX turunda “Xəzər Lənkəran”a qarşı oynamayacağından təəssüf hissi keçirdiyini bildirib: “İndi məni düşündürən əsas məsələ “Xəzər Lənkəran"a qarşı keçirəcəyimiz oyundur. Təəssüf ki, bu görüşdə komanda yoldaşlarıma kömək edə bilməyəcəyəm. Ancaq bilirəm ki, onlar bu matçda var güclərini ortaya qoyub qələbə qazanaraq, mənim yoxluğumu unutduracaqlar. Komandamız qış fasiləsində lazımlı transferlər həyata keçirib. Ürəyim onların yanındadır. Rəhbərliyin qarşımıza qoyduğu çempionluq hədəfinə çatacağımıza əminəm. Buradan “Neftçi”nin sadiq azarkeşlərini bu görüşdə komandamızı dəstəkləməyə səsləyirəm”.
0