Mundial iştirakçısı Mirça Redniki xatırladı
08.02.2011 - 13:03
“Mirça Rednik komandada islahat aparmağı düşünürdü. Yalnız bir neçə təcrübəli futbolçu saxlayıb, heyəti gənclərdən qurmaq istəyirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri rumıniyalı məşqçi İon Vladoyu deyib.
Zəngin futbolçu karyerasına malik çalışdırıcı “Xəzər Lənkəran”ın indiki baş məşqçisi Mirça Rednikin Buxarets “Dinamo”sunda işlədiyi vaxtları xatırlayıb. Həmin vaxt məşqçilər korpusunda yer alan Vladoyu həmyerlisinə qarşı ədalətsizlik edildiyini düşünür: “Belə gəncləşdirmə siyasəti müəyyən zaman istəyir. Onlar isə Redniki istefaya göndərdilər. Bütün bunların nəticəsidir ki, indi “Dinamo” iddiasız bir komandaya çevrilib. İndi komandanı az qala 1 ay təlim-məşq toplanışında saxlayırlar. Belə olanda futbolçular robota çevrilir. Rednikin vaxtında isə toplanışlarımız 2 həftədən artıq olmurdu”.
Qeyd edək ki, Vladoyu DÇ-1994 və Avro-1996-nın final mərhələlərində Rumıniya yığmasının şərəfini qoruyub.

0
0