Dubayda yeni rekord, yeni tarix
08.02.2011 - 15:28
Sabah Macarıstan millisi ilə keçiriləcək yoldaşlıq oyunu Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis karyerası ərzində 33-cü dəfə komandamızı meydana çıxaracaq.
2008-ci ilin aprelindən bu postda çalışan Foqts üçün 33 rəqəmi yubiley olmasa da, başqa mənada əlamətdardır. Belə ki, bu həddə çatmaqla, adını yığmamızın, futbolumuzun tarixinə yazdıracaq. Məsələ ondadır ki, indiyədək millimizi ən çox oyuna çıxaran Vaqif Sadıqov da 33 dəfə buna nail olub. Karyerası ərzində 3 dəfə bu posta təyin olunan həmyerlimizin rekordunu təkrarlayacaq Foqts artıq ilk pilləyə şərik çıxacaq.
Qeyd edək ki, Azərbaycan – Macarıstan oyunu Dubayda keçiriləcək.

- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0