Berti Foqts: Mən “Neftçi” – “Xəzər Lənkəran” matçını vacib saymıram
08.02.2011 - 15:26
“Neftçi” – “Xəzər Lənkəran” oyunu nəyə görə vacibdir? Məgər bu, çempionatda son görüşdür?” Apasport.az saytının Dubaya ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Berti Foqts bu gün keçirdiyi mətbuat konfransında deyib.
Premyer Liqamızda 2 aylıq fasiləyə bu həftənin axırında son qoyulacaq və bütün diqqətlər fevralın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda “Neftçi” – “Xəzər Lənkəran” oyununa yönələcək. “Böyük oyun” kimi tanınan görüşdə hazırda turnir cədvəlində ilk 2 yeri tutanlar üzləşəcək.
Ancaq Foqts prinsipial rəqiblərin qarşıdurmasını vacib saymadığından, izləməyə ehtiyac duymur: “Mən “Neftçi” – “Xəzər Lənkəran” oyununu izləməyəcəyəm. Həmin oyunda kimin çempion olması həll olunmur. Buna görə maraqlı oyunların qabaqda olacağını düşünürəm. Əsas oyunlar “altılıq”da olacaq. Bunlar isə “Neftçi” – “Xəzər Lənkəran” görüşündən 2 tur sonra olacaq”.
Qeyd edək ki, Foqts sabah milli komandamızın Macarıstan yığması ilə yoldaşlıq görüşündən sonra vətəninə dönəcək.
Mehman SÜLEYMANOV

0
0