“Mən “Neftçi”nin futbolçuları ilə düşmən deyiləm”
08.02.2011 - 20:45
“Mən “Neftçi”nin futbolçuları ilə düşmən deyiləm”
“Mən hələ milli komandanın düşərgəsində olduğumdan, yalnız yığma haqda fikirləşirəm. “Neftçi” ilə həftəsonu keçirəcəyimiz matç haqda isə düşünmürəm”. Apasport.az saytının Dubaya ezam olunmuş əməkdaşına məlumatına görə, bu fikirləri “Xəzər Lənkəran” klubunun kapitanı Kamran Ağayev deyib.

Milli komandamızın əsas qapıçısına azərbaycanlı jurnalistlərə keçirdiyi brifinqdə Premyer Liqamızın növbəti turunda “Neftçi” ilə fevralın 13-də keçiriləcək oyun haqda sual ünvanlandı. Hər halda, Kamranın xarakterini nəzərə alsaq, “Neftçi”nin millidə olan futbolçuları ilə problemin olub-olmamağı, “Böyük oyun” haqda Dubayda düşünüb-düşünməməyi maraq doğururdu: “Mən “Neftçi”nin futbolçuları ilə düşmən deyiləm. Sadəcə, meydanda kimliyindən asılı olmayaraq, rəqibik. İndi millidə onlara rəqib gözü ilə baxmıram. Hamısı qardaşlarımızdır”.

Mehman SÜLEYMANOV