Aleksandr Çertoqanov: Macarıstanla oyunda nəticə bütün ölkə üçün vacibdir
08.02.2011 - 23:15
Azərbaycan yığmasının və Bakının “İnter” klubunun futbolçusu Aleksandr Çertoqanovun apasport.az saytının Dubaya ezam olunmuş azərbaycanlı jurnalistlərə müsahibəsi
- Macarıstan yığması ilə oyuna hazırlığınız necə gedir?
- Komanda oyuna çox ciddi hazırlaşır. Bu, Belçika ilə rəsmi oyun öncəsi son yoldaşlıq görüşümüzdür. Baş məşqçimiz Berti Foqts son sınaq öncəsi bütün futbolçuları iş başında, kimin nəyə qadir olduğunu görmək istəyir. Ona görə də çalışdırıcının sınadığı futbolçuların hamısı özünü ən yaxşı tərəfdən göstərməyə çalışacaq. Foqts daha mobil heyəti müəyyənləşdirməyə çalışacaq. Bu səbəbdən Macarıstanla oyuna ciddi yanaşırıq.
- Rəqibin Finlandiya ilə oyununu görmüsünüz. Onu necə xarakterizə edə bilərdiniz?
- Macarlar Finlandiyaya səfərdə 2:1 hesabı ilə qalib gəlib. Özü də hesab 1:0 irəlidə olarkən, təmiz qol vurmuşdu. Rəqib topu sakitcə saxlayır, əks-hücumlarda çox güclü oynayırdı. Buna görə də Macarıstanla oyun çox çətin olacaq.
- Millinin digər futbolçulardan fərqli olaraq “İnter”in heyətində “Birlik kuboku”nda oynamısınız, çox yüklənmisiniz. Bu baxımdan, ümumiyyətlə, sağlamlığınızla bağlı vəziyyətiniz necədir?
- Belə götürəndə normaldır (gülür). Özümü yaxşı hiss edirəm. İki cəbhədə oynamaqda problem yoxdur. “İnter”in heyətində yaxşı hazırlaşdıq, qalib gəldik. Əsas odur ki, oyuna normal yanaşaq. Hər şeyi vaxtında etmək lazımdır. “Birlik kuboku”na qədər istirahətimiz oldu, turnirə çıxdıq. İndi də elədir. Komanda təlim-məşq toplanışı keçəndən sonra oyunlar olacaq. İstənilən halda, təcrübəmiz artacaq.
- Foqtsun sizi yığmada öz mövqeyinizdə oynatmamağından narahat deyilsiniz?
- Yox. Mən özüm kimi oynamağa, maksimum güc sərf etməyə çalışıram. Kimin hazırda güclü olduğunu isə baş məşqçi seçəcək.
- Yoldaşlıq görüşündə nəticə sizin üçün nə dərəcədə önəmlidir?
- Nəticə bütün komanda, ölkə üçün vacibdir. Azarkeşlərimiz üçün layiqli oyun göstərməyə çalışacağıq. Normal oyun, nəticə əldə etdiyimizi göstərmək istəyirik.
- Özü də nəzərə alaq ki, bu, cari ilk yoldaşlıq görüşümüz olacaq...
- Düzdür. Ancaq Türkiyə oyundan sonra “Metallist” klubu ilə oynadıq. Belə olan halda, 2-ci görüş olsa da, ilk rəsmi oyundur. Ona görə də uduzmamaq, layiqli oynamaq istəyirsən. Türkiyə üzərində qələbənin təsadüfi olmadığını, layiqli 3 xal qazandığımızı göstərmək arzusundayıq.
Mehman SÜLEYMANOV

0
0