Azərbaycanlı jurnalistlərə Macarıstan yığmasının məşqini izləməyə icazə verilmədi
09.02.2011 - 00:36
Azərbaycan və Macarıstan yığmaları fevralın 8-də axşam məşqlərini eyni stadionda keçirdilər. Apasport.az saytının Dubaya ezam olunmuş əməkdaşının məlumatına görə, rəqib də millimiz kimi, Polis Akademiyasının Bələdiyyə stadionunda hazırlıq keçdi. Macarlar yığmamızın məşqi bitəndən 30-40 dəqiqə sonra arenaya daxil oldular. Bu zaman stadionu tərk etməyərək, həmkarlarımla birgə rəqib yığmanın baş məşqçisi Şandor Egervariyə yaxınlaşıb, müsahibə almağa cəhd etdik. Hər halda, millimizin baş məşqçisi Berti Foqtsdan fərqli bu mütəxəssis Dubayda mətbuat konfransı keçirməmişdi. Ancaq Eqervari fikirlərini sonraya saxladı, macarların məşqini izləməyə, çəkiliş etməyə icazə verilmədi.
Qeyd edək ki, Dubayda xeyli müddətdir hazırlıq keçən hər iki yığma bu gün saat 21:00-da yoldaşlıq görüşündə üzləşəcək.
Mehman SÜLEYMANOV
Qeyd edək ki, Dubayda xeyli müddətdir hazırlıq keçən hər iki yığma bu gün saat 21:00-da yoldaşlıq görüşündə üzləşəcək.
Mehman SÜLEYMANOV
0
0