“Ağ-qara”lı marionet
09.02.2011 - 10:56
Özünə başqa “oyunçu” tap, Süleymanov!
Həyatda ən bəyənmədiyim şey özünübəyənmişlikdi. Xarakterim belədi, özünübəyənmiş görəndə onu dərhal “sındırmaq” hissi içimi qıdıqlayır. Bir də ən bəyənmədiyim şey mətbuatda olan birisinin öz həmkarına - savadından, əqidəsindən, kimin cibinə girib-çıxmasından asılı olmayaraq - xitabən mətbuatda “sən düz bilmirsən, mən düz bilirəm” ritmində manıslıq etməsidi. Anlayacağın, kiminsə özününün çoxbilmişliyini bir başqasının “çiyninə” çıxaraq populyarlaşdırmaq istəyi qarşısında dözümsüzəm. Hələ həmin kimsənin reklam olunmaq istədiyi, ya da reklampulu qarşılığında hədəfə aldığı mənim fikirlərim ola. Pəh, yandın sən, oğlum!
Mətbuatda köhnələrdən sayılmasam da, heç yeni də deyiləm və az marionet görməmişəm. İndi də “Neftçi”nin vəkili mundirində bir uşaq çıxıb qəzetədə hıqqınıb. Ki, bu klubla işiniz olmasın, elədiyi transferlər super-puperdi. Qoy desin. Hətta, itin-pişiyin də hüquqları olan bu dünyada onun da söz haqqı var. Amma əks fikirdə olanları (ki onların içində mən də varam və bunu ötən həftə elə bu saytda yazmışdım) bədniyyət adlandırmaq...
Yəqin indi hamı marağındadı ki, uşağın adını çəkim. Üz vurmayın, reklam etmərəm. Birincisi, səviyyəmə uyğun deyil. İkincisi, əlahəzrət konkret kimi tənqid etdiyini də yazmayıbdı (heç sevmirəm gəlinindən qorxan qaynana kimi ortalığa danışanları!)
Əslində, heç bu yazını da yazmamalıydım, bəlkə. Amma necə deyərlər, gəlini, köpəyi və uşağı “ağıllandırmağın” öz yeri, öz zamanı var. Vaxtı ötürdünsə, sonra ölçü götürmək çətin olar. Yəni, bu uşağı qarşımızda oturdub indi başa salmasaq, sabah dizimizə döyərik. Odu ki, mirzə filankəs, al gəldi!
Sən idman mətbuatında yenisən, sənin kimilərini çox görmüşəm. “Mətbu böyüyün” deməyibsə, çox böyük səhv edibdi. Ki, kiməsə qələm qıcamaq üçün gərək ən azı qarşındakı qədər savad, təcrübə sahibi olasan, qələmin daşdan keçə. Heç görmüsən ki, təzə anadan olan küçüyə sümük verələr? Bununçün gərək böyüyə, dişləri çıxa, bərkiyə. Yəni, dostum, hər şey zamanla, təkamüllə gedir. Boyundan yuxarı hoppanmağa çalışma, hoppandınsa, çanağının qırılacağı kəsindi.
Mətbuat hər kəsin azad fikir söyləyə biləcəyi meydandı. Amma sənin azadlığın sərhədi mənim azadlığıma müdaxiləyə qədərdi.
Heç vaxt kimsəyə ağıl öyrətmə, dostum. Heç vaxt “filankəs belə yazmışdı, amma elə deyil” deyib üçüncü tərəfə özünü (şirin) satma. Sözünü de, amma başqasının, hələ həmkarının fikrini heç vaxt reklampuluna satma. Hərənin öz baxışı var. Məsələn, “Neftçi”nin Kovalyov adlı biabırçılığı” başlıqlı köşəmə 15 şərh gəlib və ən azı 2/3-də kəskin tənqid olunmuşam fikirlərimə görə. Heç gör, subyektiv düşüncəmi onlara yeritmək üçün nəsə yazdım? Mən fikrimi köşədə yazmışdım, kim necə yozur-yozsun, razılaşsın, ya da razılaşmasın, özü bilər. Ya da bir başqa misal çəkim. Məsələn, mənim gözümdə sən səhifəsi 8 manatlıq jurnalistsən, amma “mətbu böyüyünün” nəzərində Nadir Qafarzadənin ləqəbdaşı (yeni sözdü, özüm uydurdum) ola bilərsən.
Bax dostum, sən ən qısa zamanda geydirmə insan hüquqlarını müdafiə təşkilatı-zad yarat, ya da fəaliyyətdəkilərin birinə üzv ol. Zatən onlar üçün fərqi yoxdu müdafiə elədikləri kimdi, təki “Sem dayı”dan qrant gəlsin. Sənin perspektivin ordadı, yaltağından tutmuş, Vətən xaininə, ekstremistinə qədər hər kəsi müdafiə edirsənmiş kimi görüntü yarat və qrantını al. Əmin ol, ordan alacağın qrant “Neftçi”nin reklampulunun sənin payına düşən hissəsindən qat-qat çox olacaq!
Bax dostum, iddia elədiyinin əksinə, nə mənim, nə də bu saytın Tahir Süleymanov, yaxud Bəxtiyar Musayevlə şəxsi problemi var. Və şəxsi problemin necə həll olunduğunu da yaxşı bilirik, yol göstərmək lazım olsa, de, sənə də yol göstərim. Amma sənin Süleymanov sevgin var. Hətta, bu sevgi o dərəcədədi ki, artıq rəğbətə çevrilibdi və bəyin ən sevimli sözünü - “sizli-bizli” - də yazına dürtmüsən. Sevmək, sevilmək, sevişmək hər kəsin haqqıdı. Amma belə, hər kəsin gözü önündə də olmaz ki, qardaşım..!
Arifə işarə: Eşitdim ki, ev düşüb "lotoreya"na. Xeyirli olsun, dostum! Parketini ağ-qara boyatdır, müəllimin xətrinə dəyər.
P.S. Süleymanov, gör üstümüzə kimi göndərmisən... Sənin yerinə Mpenza utandı...
P.P.S. Süleymanov, bu “oyunçuna” elə “podkat” elədim ki, çətin davam etdirə “oyunu”. Məcburi əvəzetməyə əl atmalısan. “Ehtiyatda” kimin var?
P.P.P.S. Mən hələ də Kovalyovun transferini “Neftçi” kimi klub üçün uğursuz seçim sayıram!
korner.az

0
0