“Mən “Xəzər Lənkəran”a yaxşı bələdəm”
09.02.2011 - 11:18
“Xəzər Lənkəran”- “Neftçi” oyunları həmişə prinsipial olub. Bu görüş mənim üçün ən vacib oyunlardan biridir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun futbolçusu Rəşad Abdullayev deyib.
Vaxtilə “Xəzər Lənkəran”ın şərəfini qorumuş yarımmüdafiəçi sabiq və indiki komandalarının oyununa böyük önəm verir. Rəşad üçün Premyer Liqanın XX turunun fevralın 13-də baş tutacaq bu matçı çox vacibdir: “Düzdür, Premyer Liqada zəif rəqib yoxdur. Amma bu bir derbidir, 3 xallıq yox, 6 xallıq oyundur. Mən özüm "Xəzər Lənkəran"da çıxış etmişəm və bu komandaya yaxşı bələdəm, keçmiş komandama qarşı çıxış edəcəyəm. Bir növ keçmiş klubuma qarşı mübarizə aparmaq, mənim üçün bir stimuldur. Çalışacağam ki, oyunumla komandama xeyir verim. İnanıram ki, ilk görüşdəki məğlubiyyətin əvəzini çıxaraq, qələbə qazanacağıq. Belə olan təqdirdə turnir cədvəlində liderlik mövqeyimizi daha da möhkəmlədəcəyik. Mən bütün "Neftçi"sevərləri derbi oyununa dəvət edirəm, gəlsinlər bizi dəstəkləsinlər və biz də öz növbəmizdə onlara qələbə sevinci yaşadaq".

0
0