Rednik Petresku və Hacı ilə bir arada
09.02.2011 - 12:02
Qış “transfer pəncərəsi” Rumıniya klublarının büdcəsini zənginləşdirib. Apasport.az saytının məlumatına görə, bu ölkədən olan həmkarlarımız futbolçu satışından 15 milyon avro qazanıldığını hesablayıb.
Onlar bu qazancın əsasən 3 rumın məşqçi ilə bağlı olduğunu iddia edirlər. Söhbət Rusiya, Türkiyə və Azərbaycanda çalışan mütəxəssislərdən gedir. Dan Petresku “Kuban”, Georgi Hacı “Qalatasaray”, Mirça Rednik isə “Xəzər Lənkəran”a oyunçu transfer etməklə, rumın klublarının xəzinəsinə töhfə verib.
Həmkarlarımız ölkə xaricinə transfer olunan “Top-9” da tərtib edib. Burada rumın məşqçilərin komandaları ilə yanaşı, “Karlsrue” (Almaniya) və “Atalanta” (İtaliya) da var. İlk pillədə “Qalatasaray”ın 6 milyonluq transferi Boqdan Stanku qərarlaşıb.
“Xəzər Lənkəran”ın transferləri isə 7-9-cu yerlərdə dayanıb. Belə ki, Andrey Mureşanın transferi “Qloriya”ya 400 min, Julius Vobayın keçidi “Universtatya”ya (Krayova) 300 min gəlir gətirib. Kluj “Universtatya”sı isə Adrian Pits üçün cəmi 200 min avro qazanıb.

0
0