“Bəlkə də “Neftçi” və “Xəzər Lənkəran”da da bu cür şərait yoxdu”
11.02.2011 - 00:29
“Hakimlər haqqında nəsə deyə bilmərəm. “Neftçi”yə və “Xəzər Lənkəran”a kömək etmələri barədə əlimdə hansısa fakt yoxdur”. Apasport.az saytının xəbərinə görə, bunu AZAL klubunun prezidenti Vaqif Qasımov deyib.
“Airport” otelində təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran paytaxt klubun rəhbəri söz-söhbətlərə rəğmən məqsədlərindən dönməyəcəklərini vurğulayıb: “Əgər çempionun “Neftçi” və ya “Xəzər Lənkəran”ın olacağını düşünsək, onda niyə mübarizə aparırıq? Çempionluqla yanaşı, Avropa Liqasında mübarizə aparmaq hüququ verən yerlərdən birini tutmaq da məqsədimizə daxildir. Bu heç də asan olmayacaq. Çünki 7 komanda eyni məqsəd uğrunda mübarizə aparır”.
Qış fasiləsi zamanı heyətə cəlb edilən futbolçular haqda da danışan Qasımov onların komandaya faydalı olacağını düşünür: “Transfer çalışmalarını planlı şəkildə həyata keçiririk. Hansı klubun kimləri heyətinə qatacağı bizi maraqlandırmır. Mən yeni transferlərimizin uğurlu olacağına inanıram”.
Zohair Benouahinin “Xəzər Lənkəran”a transferi barədə yayılan söz-söhbətə də aydınlıq gətirən klub rəhbəri bunun şayiədən başqa bir şey olmadığını qeyd edib: “Bu sadəcə, söz-söhbətdir. Futbolçunun özü də bunun hardan qaynaqlandığını bilmir. Heç onunla da danışan olmayıb. Zohair AZAL-ı ancaq xarici klublardan təklif alacağı təqdirdə tərk edəcəyini deyib. O, Azərbaycanda AZAL-dan başqa heç bir klubun formasını geyinməyəcək. Onlara bu cür şərait yaratmışıq. Beş ulduzlu “Airport” otelində ayrıca otaqlarda qalırlar. Bəlkə “Xəzər Lənkəran” və “Neftçi”də də bu cür şərait yoxdu”.
Gənc futbolçuların yetişməsinə xüsusi diqqət yetirdiklərini də qeyd edən Vaqif Qasımov hətta onlardan dördünü Antalya toplanışına apardıqlarını, bu prosesin gələcəkdə də davam etdiriləcəyini bildirib: “Əvəzedici komanda əsas heyət üçün futbolçular yetişdirir. Gələcəkdə onların xidmətindən istifadə edəcəyik. Əslində Gennadi Bliznyuk kimi futbolçuların transferi həm də bunun üçün vacibdir. Yəni ondan gənclərimiz çox şey öyrənəcək. Belaruslu futbolçu ölkəsinin yığmasında oynayır, Çempionlar Liqasında “Yuventus” kimi komandaya qarşı mübarizə aparıb”.

0
0