Foqtsun Qasımova tapşırıqları
11.02.2011 - 09:36
“Bildiyimə görə, Berti Foqts artıq köməkçisi Vəli Qasımova tapşırıqlarını verib. Bu, “Nefçi” – “Xəzər Lənkəran” oyununda hansı futbolçulara, mövqelərə diqqətlə baxmaqla bağlıdır”. Bu fikirləri apasport.az saytının Dubaya ezam olunmuş əməkdaşına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Məlum olduğu kimi, Premyer Liqamızın növbəti turunda “Neftçi” – “Xəzər Lənkəran” oyunu olacaq. Ancaq yığmamızın baş məşqçisi Berti Foqts belə maraqlı görüşü izləməyi ehtiyac görməyərək, vətəninə yollanıb. Hərçənd Foqts yığmanın əsas futbolçularının iştirak edəcəyi bu derbi oyunu izləməli idi.
Məmmədov Foqtsun köməkçilərinə müvafiq tapşırıqları verdiyini bildirdi: “Vəli Qasımov çox tanınmış, yaxşı futbolçu olub, indi təcrübəli məşqçidir. Onu rəqiblərimizin oyunlarına hər zaman, bu dəfə isə Belçikanın görüşünə baxmağa göndərib. Bu o deməkdir ki, Foqts Qasımova inanır və işini yüksək səviyyədə həyata keçirdiyini görür. Gənclərlə bağlı isə 21 yaşlılardan ibarət yığmamızın baş məşqçisi, texniki direktor Bernard Lippert Bakıdadır və təbii ki, onunla da davamlı təmas qurulur. Əsas odur ki, Foqtsun nümayəndələri oyunda olacaq. O, Azərbaycan yığmasına 2 ildən çox baş məşqçilik edir və məncə, futbolçuları çox yaxşı tanıyır”.
Qeyd edək ki, Belçika Finlandiya ilə evdə keçirdiyi yoldaşlıq görüşündə 1:1 hesablı bərabərliyə qalıb.
Mehman SÜLEYMANOV

0
0