“Bakı”nın problemləri
11.02.2011 - 10:02
“Bakı”nın problemləri
Azərbaycan Premyer Liqasının XX turuna hazırlaşan “Bakı” klubu problemlərlə üzləşib. Apasport.az saytının məlumatına görə, Salyanın "Muğan" komandası ilə qarşılaşacaq paytaxt təmsilçisinin heyətində itkilər var. Belə ki, Ernad Skuliç, Stefan Borbikoni və Rafael Əmirbəyov məşqlərdən kənar qalıblar. Buna hər üç futbolçunun zədələnməsi səbəb olub. Komandanın aparıcı oyunçuları sayılan Skuliç və Borbikoninin zədələri daha ciddi olması “Bakı”nın baş məşqçisi Aleksandr Starkovu daha çox narahat etməlidir. Çünki onlar yalnız bu ayın sonunda məşqlərə başlaya biləcək.