Mourinyo “Barselona”da 60 avroya işləyirmiş
11.02.2011 - 11:09
Mourinyo “Barselona”da 60 avroya işləyirmiş
"Real"da ildə 12 milyon avro maaş alaraq dünyanın ən çox qazanan baş məşqçisi olan Joze Mourinyo vaxtilə adi fəhlənin belə ötəri baxdığı maaşla dolanırmış. Apasport.az saytının məlumatına görə, bu yerlərə çatmaq üçün çoxlu çətinliklərdən keçmiş portuqaliyalının aylıq maaşı vaxtilə 60 avro olub. Joze 1996-97-ci illərdə "Barselona"da tərcüməçi işləyərkən maddi sıxıntı çəkirmiş.

"Barsa"nın sabiq prezidentlərindən Xuan Qaspar həmin günləri belə xatırlayır: "Mourinyo Bobbi Robsonla birgə işləməyə gəldiyində klub prezidenti Nunyes ona aylıq 10 min peset (təxminən 60 avro) təklif etdi. Mourinyo bu pulla necə dolanacağını, bunun qeyri-mümkün olduğunu dedikdən sonra rəqəm az qədər artırıldı. Pulu olmadığı üçün uzun müddət ailəsi ilə birlikdə mənim otelimdə havayı qalıb".
0