“Xəzər Lənkəran” “Neftçi”ni cəzalandıracaq!
11.02.2011 - 12:33
“Xəzər Lənkəran” “Neftçi”ni cəzalandıracaq!
Azərbaycan Premyer Liqasının XX turunun mərkəzi oyunu olan “Neftçi” – “Xəzər Lənkəran” matçını idarə edəcək Vüsal Əliyev hər 2 komanda ilə yaxşı tanışdır. Apasport.az saytının məlumatına görə, FİFA referisi I dövrədə də bu rəqiblərin matçında fit çalmışdı. Həmin vaxt Lənkərandakı görüşdə meydan sahibləri 1:0 hesabı ilə qalib gəlmişdilər.

Ümumiyyətlə, Əliyev arxada qalan 19 turda 4 dəfə “Xəzər Lənkəran”, 1 dəfə “Neftçi”nin oyununda meydana çıxıb. Bakılılar həmin görüşdə qol vurmadan uduzubsa, cənub təmsilçisi hər dəfə Əliyevi qolu qeyd etməyə vadar edir.

I turun “Qəbələ” və VII turun “Neftçi” ilə Lənkərandakı görüşlərində Əliyev 1:0 hesabına şahid olub. “Bakı” (1:1) və “Gəncə” (1:4) ilə səfər oyunlarınla lənkəranlılar qalib gəlməsə də, FİFA referisinə qol nümayiş etdirib. Əgər bu ənənə davam edərsə, “Xəzə Lənkəran” “Neftçi”yə də qol vuracaq.

Qeyd edək ki, Əliyev ardıcıl 3-cü dəfədir “Neftçi” və “Xəzər Lənkəran”ın oyununa təyinat alır. O, ötən mövsümün XXX turunun Bakıda (0:0), cari çempionatın VII turunun Lənkərandakı matçlarını idarə edib.